Sabit/üzən istiqrazlar

Fixed/floating bonds Tədavüldə olduğu müddətin müxtəlif dövrlərində sabit və üzən faiz dərəcələrinin hər ikisini ödəyən istiqrazlar.
Sabit qiymətli təkli
Sabit valyuta məzənnəsi
OBASTAN VİKİ
Pambıq istiqrazlar
Pambıq istiqrazlar — Amerika Vətəndaş Müharibəsi zamanı Amerika Konfederativ Ştatları hökuməti tərəfindən verilmiş 7 faizlik kupon və 20 illik ödəmə müddəti olan sertifikatlar. AKŞ-nın rəsmi valyutası olan konfederasiya dollarına beynəlxalq bazarlarda böyük tələbat yox idi, dünyanın siyasi xəritəsində hələ özünü təsdiq etməmiş bir ölkənin pulunu tanımaq kifayət qədər riskli idi. Hərbi xərclər böyük xərclərə səbəb oldu, onların amortizasiyasına səbəb olan intensiv pul emissiyasına başlamaq lazım idi. Konfederasiya dövlətlərindən demək olar ki, bütün qızıl hərbi alışların ödənilməsi üçün Avropaya ixrac edildi və cənub əyalətlərinin regional hakimiyyətləri müstəqil olaraq öz əlavə valyutalarını buraxdılar ki, bu da yalnız inflyasiyanı sürətləndirdi. Fransadakı Konfederasiya hökumətinin əmri ilə “Emile Erlanger & Co” şirkəti Konfederasiyaların əsas məhsulu olan pambıqla təmin edilmiş “pambıq istiqrazları” adlanan kağızları çap edib dövriyyəyə buraxdı. İstiqrazlar pambığa müharibədən əvvəl bir funt sterlinq qiyməti ilə dəyişdirilirdi və əvvəlcə Amsterdam və London birjalarında tələbat var idi. Konfederasiya ordusunun bir sıra məğlubiyyətlərinə baxmayaraq, istiqrazlar uzun müddət yüksək tempi saxladı: müharibə dövründə pambığa artan iqtisadi tələbat onun bahalaşmasına səbəb oldu. Konfederasiya qoşunları döyüşlərdə məğlub oldular, lakin pambıq bahalaşdı, istiqrazlar da bahalaşdı: 1863-cü ilin dekabrından 1864-cü ilin sentyabrına qədər onların qiyməti iki dəfə artdı. Hətta Britaniyanın siyasi elitası da daim yüksələn istiqrazları almaq istəyinə müqavimət göstərə bilmədi; alıcılar arasında gələcək baş nazir Uilyam Qladstoun və Britaniyanın TIMES qəzetinin baş redaktoru Con Delan da var idi. Konfederasiya hökuməti Avropanın böyük maliyyəçiləri olan Rotşildlərə pambıq istiqrazları almağa başlayacaqları ümidi ilə yaxınlaşdı, lakin Rotşildlər pullarını onlara yatırmadılar.
Sabit
Sabit — Daimi mənasını bildirən şəxs adı. Bu adı olan şəxslər Sabit Rəhman — Sabit Bağırov — Sabit Orucov — Sabit Abbasəliyev — Sabit Kərimov — Sabit Dönentayev — qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur.
Qızıl Üzən
Qızılüzən(Qızılözən) çayı — uzunluğuna görə İranın ikinci çayı, əsasən Cənubi Azərbaycan ərazisindən axır. Azərbaycan türkcəsindəki adı olan "Qızılüzən" adı "qızıl" (qırmızı rəng) və "özən" (çay, axar su) sözlərindən ibarətdir. Həmçinin bu addakı "qızıl" (qırmızı rəng) hissəsini tarixən coğrafi məkan adlarında kompas yönlərini bildirən rəng adlarıyla əlaqələndirib, adı "cənubi çay" (qırmızı rəng vaxtilə cənub yönünü bildirmək üçün istifadə olunub) şəklində açıqlamaq olar. Çayın farsca adı olan "Səfidrud" adı isə "ağ çay" deməkdir ("səfid" sözü farsca "ağ rəng", "rud" isə "çay, axar su" deməkdir). Bu çay Bicarın Qırxbulaq adlı dağlarından başlanır. Məncilə qədər çay Qızılözən adlanır, Məncildən Xəzərə qədər farsca adı olan Səfidrud adıyla adlanır. Aşağı hissəsində çay, sıldırımlı dar dağ qobularından keçdiyinə görə sürətlə axır. Məncildən sonra Qızılözən dağ silsiləsini çərtərək və dənizqırağı düzənliyə çıxaraq, suvarma kanalların başlanğıc götürdüyü və çoxsaylı qolları olan mənsəb yaradır. Çayın ən böyük qolu Gilan ostanının mərkəzi şəhəri olan Rəşt şəhərindən keçərək dənizə tökülür. Çay lil kütləsi gətirdiyinə görə mənsəbi getdikcə dənizə tərəf genişlənir.
Üzən buğa
Üzən boğa (əvvəlki adı: Kara şahin, indiki adı Ferdinand) — 2018 Qurban bayramının birinci günü Rizenin İyidere ilçəsində Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarından qaçan, bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsi sahilində tapılan, Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa. 2018-ci ildə keçirilən Qurban bayramı zamanı Türkiyədə bir qurbanlıq buğa xeyli məşhurlaşıb. Belə ki, "Kara şahin" adlı buğa Qurban bayramının birinci günü təxminən saat 10-da Rizedə — İyidere ilçəsinin Hazar məhəlləsində qurulan qurbanlıq heyvan bazarında bağlı olduğu ipdən qurtulub, 5 metr yüksəkliyindəki divardan atlayaraq, düşdüyü dərədən qaçıb, qurban kəsilməkdən xilas olmuşdur. Buğanın sahibləri olan Metin Yalçın və Zekeriya Balık adlı ortaqlar onu tapa bilmədikləri üçün jandarmaya müraciət edirlər. Axtarış işləri davam edərkən, bəzi şahidlər buğanı dənizdə üzərkən gördüklərini bildirirlər. Heyvan sahibləri onu Rize və Trabzon arasındakı sahil xəttində axtarırlar. Buğa bayramın dördüncü günündə 23 kilometr uzaqlıqdakı Trabzonun Sürmene ilçəsində dənizin sahilində görünür. İnsanların yaxınlaşdığını görən qurbanlıq buğa, onlardan ürkərək dənizə girir. Hətta balıqçı qayığının yaxınlığına qədər üzür. Bundan sonra balıqçıların da yardımı ilə Sahil mühafizə qrupları tərəfindən xilas edilən qurbanlıq buğa baytarlıq nəzarətindən sonra sahiblərinə təhvil verilir.
Üzən mayak
Üzən mayak ― mayak funksiyasını görən gəmi. Onlar çox dərin və ya hər-hansısa digər səbəbə görə mayak tikintisi üçün yararsız olan sularda istifadə olunur. Roma İmperiyası dövründə gəmilərdə atəş fənərləri barədə qeydlər olsa da, ilk müasir üzən mayak İngiltərədə Temza çayının mənsəbindəki Nor barında 1734-cü ildə Robert Hamblin tərəfindən quraşdırlmışdır. Bu növ köhnəlmiş sayılır.
Üzən suçiçəyi
Üzən susünbülü
Üzən susünbülü (lat. Potamogeton natans) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin susünbülükimilər fəsiləsinin susünbülü cinsinə aid bitki növü.
Üzən kapital
Üzən kapital (ing. floating capital) — daim bir valyutadan digər valyutaya çevrilən (konvertasiya olunan) kapitaldır. Üzən kapital dedikdə bir çox məqsədlər üçün istifadə oluna bilən dövriyyədə olan valyuta və aktivlər nəzərdə tutulur. Bu terminə hansı tərif verilməsindən asılı olmayaraq, belə nəticəyə gələ bilərik ki, “üzən kapital” ondan daha çox mənfəət əldə etmək üçün istifadə etməyə imkan verir. Çünki, pulun bir maliyyə aktivindən digərinə və ya bir valyutadan digərinə köçürülməsi belə baş verə bilməz; Üzən kapital adətən tez bir zamanda satıla və alına bilən yüksək likvid aktivlər arasında hərəkət edir, eyni zamanda faiz fərqindən pul qazanır.
Üzən şəhər
Üzən şəhər (fr. Une ville flottante) — Fransa yazıçısı, fantastı Jül Vernin 1871-ci ildə nəşr olunmuş macəra romanı. Nəşr olunduğu dövrdə roman "80 gün dünya ətrafında" əsəri kimi populyarlıq qazandı. Romanın İngiltərədə və ABŞ-də ilk nəşrləri 1874-cü ildə işıq üzü görüb. Jül Ferat roman üçün orijinal illüstrasiyalar çəkmişdir. Əsər Jül Vernin "Great Eastern" (Böyük şərqi) adlı gəmidə qardaşı Pol və ailəsi ilə birgə Amerikaya etdikləri səyahət xatirələrinə əsaslanır. Əsərdə zalım əri ilə birgə "Great Eastern (Böyük Şərq)" gəmisinin göyərtəsində səyahət edən və əsl sevdiyini gəmidə görən qadın və onların macəralarından bəhs olunur.
Sabit Abbasəliyev
Sabit Qasım oğlu Abbasəliyev (12 may 1932, Quşçu, Marneuli rayonu – 23 may 1982, Bakı) — Azərbaycanın dövlət və ictimai-siyasi xadimi. Sabit Abbasəliyev 12 may 1932-ci ildə Gürcüstan SSR, Marneuli rayonu, Quşçu kəndində anadan olmuşdur. 1958-ci ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunu bitirdikdən sonra institutun komsomol komitəsinin katibi vəzifəsində çalışmış, 1960-cı ildə isə Bakı Şəhər Komsomol Komitəsinin 2-ci katibi seçilmişdir. 1962–1964-cü illərdə Sabit Abbasəliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində işləmiş, 1964-cü ildə isə Sovet İttifaqı Kommunist Partiyasının XXII qurultayı adına Bakı Neftqayırma Zavodunun partiya komitəsinin katibi seçilmişdir. Artıq 1965-ci ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində neft və kimya sənayesi şöbəsinə müdir müavini vəzifəsinə təyin edilmişdir. 1971-ci ildən Azərbaycan Kommunist Partiyası Sumqayıt şəhər komitəsinin 1-ci katibi seçilmişdir. 1974–1979-cu illərdə Azərbaycan SSR Mərkəzi Statistika Komitəsinin sədri olmuşdur. Azərbaycan SSR Dövlət Plan Komitəsinin sədri vəzifəsində də çalışmışdır. Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini, Dövlət Plan Komitəsinin sədri, Azərbaycan SSR Ali Sovetinin deputatı, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Sabit Abbasəliyev 1982-ci ildə vəfat etmiş və Birinci Fəxri Xiyabanda dəfn olunmuşdur.
Sabit Bağırov
Sabit Bağırov (1948, Kirovabad) — Azərbaycan Respublikasının Strateji Proqramlar üzrə Dövlət Müşaviri və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sabiq prezidenti. Sabit Aydın oğlu Bağırov 1948-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1971-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu 1972-ci ildə isə həmin institutun aspiranturasını bitirmişdir. 1987-ci ildə SSRİ Elmlər Akademiyasının İdarəetmə Problemləri İnstitutunda elmi dissertasiyanı müdafiə etmişdir. 1971–1972-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda mühəndis vəzifəsində çalışmışdır. 1974–1977-ci illərdə Ümumittifaq Elmi Tədqiqat və Neft Maşınqayırma Texnologiyaları İnstitutunun laboratoriya müdiri olmuşdur. 1977–1992-ci illərdə AZNEFTKİMYAMAŞ Konsernin Məlumat Hesablama Mərkəzinin layihələndirmə üzrə direktor müavini vəzifəsində çalışmışdır. 1994–2004-cü illərdə Xəzər enerji layihələri üzrə müxtəlif şirkətlərdə məsləhətçi vəzifəsində çalışmışdır. 1995-ci ildən Center for International Private Interprise (USA), Eurasia Foundation (USA), Open Society Institute (USA), Transparency International, Fridrich Nauman Foundation (Germany), Fridrich Ebert Foundation (Germany) və s. təşkilatları tərəfindən maliyyələşdirilən müxtəlif layihələrin rəhbəri olmuşdur.
Sabit Damolla
Sabit Damolla Əbdulbaqi (uyğ. سابىت داموللا) — Şərqi Türkistan İslam Respublikasının Baş Naziri, məktəb müəllimi, qazı, yazıçı və nəşriyyatçı. O, həmçinin cədidçi idi. Sabit Damolla Əbdulbaqi 1883-cü ildə Kaşğər vilayətinin Atuş şəhərində anadan olub. O, təhsilini SSRİ-də, Avropada, Türkiyədə, Misirdə, Hindistanda və olduğu başqa ölkələrində alıb. O, Karakaş Yeni İslam məktəbində müəllimlik edirdi və təhsil islahatın tərəfdarı idi. 1931-ci ildə, Sabit Damolla həccə gedib. O, həmçinin Qahirəni ziyarət etmişdi. Eyni vaxtda, Sincanda üsyan qalxmışdı. 1933-cü ildə Sabit Damolla həccdən qayıdıb.
Sabit Dönentayev
Sabit Dönentayev (qaz. Сәбит Дөнентаев) (1894 - 23 may 1933) - qazax şairi, satira yazarı, esse yazarı və ictimai fiqur. 1894-cü ildə indiki Pavlodar bölgəsində bir çoban ailəsində anadan olub. Qasım-Hacı mədrəsəsində təhsil alıb. Rus şairi Krılov, tatar şairi Abdulla Turkay və qazax şairi Abay Kunanbayoğlunun əsərlərinin təsiri ilə yaradıcılığa başlayıb. 1913-cü ildə Dönantayevin “Aykap” dərgisində ilk şeiri “ Xəyalım” ( qazaxca: “Қиялым”) dərc olunub. İlk şeirlər kitabı olan “Alibek” 1915-ci ildə Ufa şəhərində nəşr edilib.
Sabit Kərimov
Kərimov Sabit Qəhrəman oğlu (10 aprel 1940, Ordubad – 16 iyun 2013) — texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Azərbaycan Dövlət Neft Akademiyası "Kompüter texnologiyaları və proqramlaşdırma" kafedrasının müdiri. Sabit Qəhrəman oğlu Kərimov 10 aprel 1940-cı ildə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olmuşdur. O, 1961-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) İstehsal proseslərinin avtomatlaşdırılması fakültəsini bitirmişdir. Sabit Kərimov 1967-ci ildə Moskva Energetika İnstitutunun aspiranturasını bitirərək 1968-ci ildən elmi-pedaqoji fəaliyyətini Azərbaycan Neft və Kimya İnstitutunda davam etdirmişdir. Sabit Kərimov 1968-ci ildə texnika elmləri namizədi, 1987-ci ildə isə texnika elmləri doktoru elmi dərəcəsini almış, 1989-cu ildə professor adına layiq görülmüşdür. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Alim 1989-cu ildən 2013-cü ilə kimi Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Hesablama maşınları və proqramlaşdırma kafedrasının müdiri vəzifəsində çalışmışdır. S. Kərimovun elmi tədqiqatlarının əsas istiqaməti informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi ilə bağlıdır. O, 1967–1989-cu illərdə kimya, neftkimyası və neftemalı sahələri üzrə avtomatlaşdırılmış informasiya və idarəetmə sistemlərinin yaradılması sahəsində işləmiş, 1990-cı ildən isə elmin və istehsalatın müxtəlif sahələri üzrə informasiya və ekspert sistemlərinin yaradılması və tətbiqi üzrə elmi-tədqiqat işləri aparır. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə kimya və kimya texnologiyası sahələri üzrə informasiya-axtarış sistemləri (1967–1975), neftemalı və neftkimyası sənayesi üzrə ərazi avtomatlaşdırılmış idarəetmə sistemi (1975–1988), istehsal müəssisələri üçün avtomatlaşdırılmış informasiya və idarəetmə sistemləri (1988–1990), respublikada mütərəqqi texnologiyalar, bitkilərin mühafizəsi, Xəzər dənizinin ekologiyası, neft maşınqayırma sahələri üzrə informasiya sistemləri, tibbi diaqnostika üzrə ekspert sistemləri (1990–2009) yaradılmış və tətbiq edilmiş, informatika üzrə çoxdilli izahlı terminoloji lüğət hazırlanmışdır.
Sabit Məmmədov
Sabit Məmmədov (tam adı: Sabit Eyyub oğlu Məmmədov; 28 oktyabr 1951) — Azərbaycan alimi, Bakı Dövlət Universitetinin "Fiziki və kolloid kimya" fakultəsinin kimya elmləri doktoru, professor. Sabit Eyyub oğlu Məmmədov 1951-ci il oktyabr ayınin 28-də Qazax şəhərində anadan olmuşdur. O, 1968-ci ildə Qazax rayonunun 3 saylı orta məktəbini bitirdikdən sonra, indiki Bakı Dövlət Universitetinə qəbul olmuşdur. 1973–1975-ci illərdə Azərbaycan Respublikası Zaqatala şəhərinın orta məktəbində müəllim vəzifəsində işləmişdir. 1978-ci ildə AMEA-nın Neft-kimya prosesləri institutunun asperanturasına qəbul olunmuşdur. 1978–1981-ci illərdə həmin institutda kiçık elmi işçi vəsifəsində çalışmışdır. 1981-ci ildən BDU-nun kimya fakültəsində baş elmi işçi, müəllim və professor vəzifələrində işləmişdir. 2008-ci ildən "Fiziki və kolloid kimya" kafedrasında professor vəzifəsində işləyir. 1973 – indiki Bakı Dövlət Universiteti kimya fakültəsinin tələbəsi 1975 – AMEA-nın Neft-kimya problemləri institutunun aspirantı 1981 – "n-pentan və n-heksanın quruluş izomerləşməsi reaksiyası üçün bimetalseolit katalizatorların sintezi və onların tədqiqi" mövzusunda 02.00.15 – "Kimyəvi kinetika və kataliz" ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1996 — "Bi və polimetalseolit katalizatorların sintezi, xassələri və karbohidrogenlərin çevrilməsində tədqiqi" mövzusunda 02.00.15 — "Kimyəvi kinetika və kataliz" və 02.00.13 – "Neft kimyası"ixtisasları üzrə doktorluq dissertasiyası müdafiə etmişdir.
Sabit Noyan
Mehmet Sabit Noyan (30 Mart 1877, İstanbul - 1967), türk əsgəri. Ömər Faiq Bəyin oğludur. 14 dekabr 1902-ci ildə Hərbi Akademiyaya daxil oldu. Hərbi Akademiyanı leytenant rütbəsi ilə 27 may 1905-ci ildə bitirmişdir. 26 sentyabr 1905-ci ildə baş leytenant oldu. 1 sentyabr 1908-ci ildə Hərbi Akademiyanı Mümtaz Kapitan olaraq bitirdi. Balkan və I. Dünya Müharibələrində iştirak etmişdir . 19 Avqust 1914-də mayor rütbəsinə yüksəlmişdir. 8 yanvar 1914-cü ildə Müstəqil 22. Hicaz Diviziyasının Heyətinə, 8 İyul 1915-ci ildə 22-ci Ordu Korpusuna təyin edildi.
Sabit Orucov
Sabit Atababa oğlu Orucov (18 (31) may 1912, Novxanı, Bakı qəzası – 20 aprel 1981, Moskva) — Azərbaycan-sovet neft-qaz sənayesi təşkilatçısı, SSRİ qaz sənayesi naziri (1972–1981), Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü (1967), Sosialist Əməyi Qəhrəmanı (1980), Lenin (1970) və Stalin mükafatları (1950, 1951) laureatı, texnika elmləri doktoru, Azərbaycan SSR əməkdar elm xadimi. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi üzvlüyünə namizəd (1976–1981), 1953–1954, 1958–1962-ci illərdə və 1974-cü ildən vəfatınadək SSRİ Ali Sovetinin deputatı. 1912-ci il mayın 30-da Bakıda doğulmuşdur. Orta təhsilini Bakıda almış, 1929–31-ci illərdə orta məktəbdə dərs demiş, 1931–36-cı illərdə Azərbaycan Neft Sənayesi İnstitutunda oxumuşdur. 1936–46-cı illərdə S. Orucov kompressor təsərrüfatında mexanik, neftçıxarma ustası, Suraxanı mədənlərində direktor olmuşdur. "Ordconikidzeneft"in idarə rəisi, "Azərneftkombinat"da qazma üzrə rəis müavini, "Azneftdə" baş mühəndis işləmişdir. 1946–47-ci illərdə SSRİ Neft Sənayesi Nazirliyində şöbə müdiri, 1947–49-cu illərdə "Krasnodarneft" birliyində rəisin birinci müavini-baş mühəndis, 1949–53 və 1955–57-ci illərdə SSRİ Neft sənayesi nazirinin müavini, 1957–59-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri, Nazirlər Soveti sədrinin müavini, 1959–62-ci illərdə Azərbaycan Nazirlər Sovetinin SSRİ Nazirlər Sovetindəki nümayəndəsi, 1962–65-ci illərdə SSRİ Dövlət Plan Komitəsində neft və qaz sənayesi məsələlərilə məşğul olmuş, 1965–72-ci illərdə SSRİ Neft sənayesi nazirinin birinci müavini, 1972–81-ci illərdə SSRİ Qaz sənayesi naziri olmuşdur. S. A. Orucov Xəzər dəniz neft yataqlarında xüsusilə də neft daşlarında neft çıxarılmasına böyük əmək sərf etmişdir. SSRİ qaz sənayesinin inkişafında böyük xidmətləri olmuşdur. Xüsusilə Sibirdə qaz sənayesinin inkişafına diqqət yetirirdi.
Sabit Paşayev
Sabit Rəhman
Mahmudov Sabit Kərim oğlu (Sabit Rəhman) (26 mart 1910, Nuxa – 23 sentyabr 1970, Bakı) — Azərbaycan yazıçısı, dramaturq, Azərbaycanın əməkdar incəsənət xadimi. Sabit Rəhman 26 mart 1910-cu ildə Şəkidə (o vaxtkı Nuxada) anadan olmuşdur. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlamışdır. İlk hekayələr məcmuəsi — "Pozğun" 1931-ci ildə dərc olunmuşdur. Bir çox hekayə və pyes müəllifidir. Sabit Rəhman Azərbaycan komediyasının banilərindəndir. O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir. 1943-cü ildə Azərbaycan SSR əməkdar incəsənət xadimi adına layiq görülmüş, iki dəfə Qırmızı Əmək Bayrağı ordeni və medalları ilə təltif olunmuşdur. Şəki dram teatrı S. Rəhmanın adını daşıyır. Bakı və Şəki şəhərlərində onun adına küçə vardır.
Sabit Təsuci
İbrahim Sabit TəsuciAzərbaycan şairlərindəndir ki, Təsucda dünyaya gəlmişdir. O, Azərbaycan dilində şeirlər yazıb. Sabit Təsuci, Fətəli şah Qacar dövründə yaşayırdı.
Sabit cərəyan
Sabit cərəyan – zamandan asılı olaraq naqildəki cərəyanın həm qiyməti, həm də istiqaməti periodik dəyişməyən cərəyan. Dəyişməyən cərəyanın ilk mənbəyi kimyəvi cərəyanın mənbəyidir: qalvanik elementlər və akkumlyatorlar. Dəyişməyən cərəyandan hal-hazırda texnikanın müxtəlif sahələrində, o cümlədən, katalizator prosesində, qalvanizasiyada və bir çox sahələrdə istifadə olunur. Əgər naqilin «en» kəsiyinin sahəsindən saniyədə bir Klon elektrik yükü axırsa, naqildəki cərəyan bir Amperə bərabər olur. Dəyişən cərəyan A.Mehrabov. Fizika kursu. Bakı, Maarif, 1982. X.Şirinov. Fizika, Azərtədrisnəşr, 1964. M.Murquzov.
Sabit kəmiyyət
Sabit kəmiyyət — verilmiş prosesdə öz qiymətini dəyişməyən kəmiyyətdir. Sabit kəmiyyət kimi işarə olunur. Məsələn, ideal qazı sıxanda Boyl-Moriott qanununa görə qazın həcminin onun təzyiqinə hasili sabit kəmiyyətdir. 1. M. Mərdanov, S. Mirzəyev, Ş. Sadıqov Məktəblinin riyaziyyatdan izahlı lüğəti. Bakı 2016, "Radius nəşriyyatı", 296 səh. 2. "Azərbaycan Sovet Ensklopediyası" I–X cild, Bakı 1976–1987.
Sabit xərclər
Sabit xərclər — istehsal olunan məhsulun miqdarından asılı olmayan, istehsal prosesi dayansa belə mövcud olan xərclərdir.
Sabit Şəqaqi
Sabit Şəqaqi — Azərbaycan şairi
Sabit Əliyev
Sabit Əliyev — həkim-yazar, Rusiya Professional Yazıçılar ittifaqının üzvü. 1977-ci ildə Salyan rayonunun Qarabağlı kəndində anadan olub.1993-cü ildə Azərbaycan Respublikası Salyan şəhərində 20 saylı orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin bitirib. 2015-ci ildə Göte Universitetinin İmplantologiya sertifikatına layiq görülmüşdür. Moskva şəhərində yaşayır, hansı ki, ilk üç kitabında təəssüratını tapıb. 2017-ci ildən Rusiya Professional Literatorlar üzvü. 2018-ci ildən isə Rusiya Professional Yazıçılar ittifaqının üzvüdür. 2006-cı ildən ailəlidir. Həyat yoldaşı Əskərova Esmira (1979-cu il) həkim-ginekoloqdur. Seçenov adına Akademiyanı bitirib , üç uşagi var.

Значение слова в других словарях